“Roma”dan ayrılan futbolçu ölkəsinə qayıtdı

“Roma”dan ayrılan Rik Karsdorpun yeni ünvanı məlum olub.

Futbolpress.az xəbər verir ki, müdafiəçi PSV klubuna keçib. Bu barədə Niderland təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 29 yaşlı müdafiəçi ilə 1 illik müqavilə imzalanıb.

Niderlandlı oyunçu 2017-ci ildən “Roma”da çıxış edirdi. O, A Seriyasında 113 oyunda 1 qol vurub, 11 məhsuldar ötürmə edib.