“Roma”dan 23 milyonluq transfer

“Roma” heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolpress.az xəbər verir ki, “canavarlar” “Renn”dən Enso Li Fini transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

“Roma” futbolçunun bundan əvvəlki klubu “Renn”ə (Fransa) 23 milyon avro ödəyəcək.