“Roma”da yeni müqavilə

“Roma” futbolçusu Leandro Paredes ilə müqaviləni uzadıb.

Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Argentinalı yarımmüdafiəçinin sözləşməsi 2026-cı ilin yayına kimi artırılıb.

Paredes 2023-cü ilin yayından “Roma”da çıxış edir. O, 129 oyunda 10 qol vurub, 11 məhsuldar ötürmə edib.