“Roma”da ukraynalı hücumçu

“Roma” heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolpress.az xəbər verir ki, paytaxt təmsilçisi “Jirona”dan Artem Dovbiki transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Ukraynalı hücumçu ilə 5 illik müqavilə imzalanıb.

“Roma” Dovbik üçün 30 milyon avro ödəyəcək.