“Roma”da gözlənilməz ayrılıq

“Roma”da gözlənilməz ayrılıq gerçəkləşib.

Futbolpress.az xəbər verir ki, “canavarlar”da baş məşqçi Daniele De Rossi ilə yollar ayrılıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Mütəxəssisin müqaviləsinə uğursuz nəticələrə görə xitam verilib.

“Roma” A Seriyasında 4 turdan sonra 3 xalla 16-cı sıradadır.