“Roma” ciddi itki ilə üzləşib.
Futbolpress.az xəbər verir ki, “canavarlar”ın yarımmüdafiəçisi Paulo Dibala sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Dibala əzələ zədəsi səbəbindən mövsümün qalan hissəsini buraxacaq.
Argentinalı futbolçu bu mövsüm 36 oyunda 8 qol vurub, 4 məhsuldar ötürmə edib.