“Roma” klubunun baş məşqçisi İvan Yuriç istefaya göndərilib.
Futbolpress.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Mütəxəssis çempionatda “Bolonya”ya məğlubiyyətdən (2:3) sonra istefaya göndərilib.
“Roma” çempionatda 12 turdan sonra 13 xalla 12-ci sıradadır.