“Roma” norveçli hücumçu ilə maraqlanır

“Roma” “Vilyarreal”ın hücumçusu Aleksander Sörlotu transfer etmək istəyir.

Futbolpress.az xəbər verir ki, bu barədə “La Gazetta dello Sport” nəşri məlumat yayıb. İtaliya klubu 28 yaşlı forvard üçün danışıqlara başlayıb.

“Vilyarreal” norveçli forvard üçün 20-25 milyon avroluq təklifi qəbul etməyə hazırdır.

Sörlot ötən mövsüm 41 oyunda 26 qol vurub.