Rodriqo üçün 100 milyon avro təklif edəcəklər

“Nyukasl” “Real”ın futbolçusu Rodriqonu transfer etmək istəyir.

Futbolpress.az xəbər verir ki, Premyer Liqa klubu braziliyalı hücumçu üçün 100 milyon avro təklif etməyə hazırlaşır. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

“Sağsağanlar” 23 yaşlı oyunçuya illik 20 milyon avro maaş təklif edəcək. Rodriqo bunu qəbul etsə, Premyer Liqada ən çox qazanan oyunçu olacaq.

Rodriqo ötən mövsüm 52 oyunda 17 qol vurub, 9 məhsuldar ötürmə edib.