Rodriqo “Real”ı tərk edəcək? – açıqlama

“Real”ın futbolçusu Rodriqo klubdakı gələcəyi ilə bağlı açıqlama verib.

Futbolpress.az xəbər verir ki, braziliyalı hücumçu DAZN telekanalına açıqlamasında başqa kluba transferini istisna etməyib:

“Hər şey ola bilər. Müxtəlif şayiələr gəlir, ancaq nəsə bilmirəm. Hazırda müqaviləm var və gələcəkdə necə olacağını görəcəyik”.

Rodriqonun “Real”la müqaviləsi 2028-ci ilin yayına kimidir. O, La Liqada son mövsümdə 34 oyunda 10 qol vurub, 5 məhsuldar ötürmə edib.