“Real”ın futbolçusu Rodriqo Çempionlar Liqasında bu gün “Mançester Siti”yə qarşı keçirəcəkləri oyunla bağlı fikirlərini bölüşüb.
Futbolpress.az xəbər verir ki, braziliyalı vinger matç haqda bunları deyib:
“Həmişə olduğu kimi, onlara qarşı oynamaq çətindir. İlk oyundur və təzyiq var. Matçın ağır keçəcəyini bilirik. Bu mərhələdə olan bütün komandalar güclüdür. Qələbə üçün əlimizdən gələni edəcəyik”.
“Mançester Siti” – “Real” oyunu bu gün saat 00:00-da start götürəcək.