Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu Neymarın ayrılığından sonra onun yerini Madrid “Real”ının vingeri Rodriqo ilə doldurmaq istəyir.
Futbolpress.az xəbər verir ki, “Əl-Hilal” təkcə səxavətli maliyyə mükafatları təklif etmir, həm də Rodriqonu hazırda “Real”da onun üçün əlçatmaz olan liderlik vəzifələrini öz üzərinə götürməyə razı salmağı planlaşdırır.
Klub braziliyalını meydanda əsas ulduza çevirmək və həmçinin ondan Səudiyyə Ərəbistanında keçiriləcək 2034-cü il dünya çempionatı üçün səfir kimi istifadə etmək istəyir.
24 yaşlı hücumçunun “kral klubu” ilə hazırki sözləşməsi 2028-ci ilin yayına qədərdir. Rodriqonun sərbəstqalma dəyəri isə 1 milyard avrodur.