Rodriqo “Mançester Siti”nin “radarında”

“Mançester Siti” “Real”ın forvardı Rodriqo ilə maraqlanır.

Futbolpress.az xəbər verir ki. bu barədə “Marca” qəzeti məlumat yayıb.

Qeyd olunub ki, Mbappenin “Real”a keçəcəyi təqdirdə Rodriqo Madrid klubundan ayrılacaq. Buna görə də “Mançester Siti” fürsətdən istifadə edib, braziliyalını heyətinə qatmağı düşünür.

AS qəzetinin iddiasına görə “kral klubu” Rodriqonu 100 milyon avroya satmağa hazırdır.

Rodriqo bu mövsüm 50 oyunda 17 qol, 9 ötürmə ilə yadda qalıb.