“Mançester Siti”nin futbolçusu Rodri açıqlama verib.
Futbolpress.az xəbər verir ki, “France Football” nəşrinin təsis etdiyi “Qızıl top”u qazanan yarımmüdafiəçi ispaniyalı həmyerlisi Lamin Yamal (“Barselona”) haqda danışıb:
“Parisdəki tədbir zamanı ona bir az təzyiq göstərdim. Düşünürəm ki, Yamalın “Qızıl top”u qazanmaq üçün hər şeyi var. Nə vaxt olacağını bilmirəm, amma bir gün mütləq qazanacaq. Bunun üçün potensialı var”.