Rodri: “Məni təbrik etmək üçün zəng etmədilər”

“Mançester Siti”nin yarımmüdafiəçisi Rodri Madrid “Real”ının “Qızıl top” mərasimini boykot etməsindən danışıb.

Futbolpress.az xəbər verir ki, 28 yaşlı ispaniyalı futbolçu “kral klubu”nun bu addımını belə şərh edib:

“Bilmirəm, onlar mərasimlərdə iştirak etməməyə davam edəcəklər, ya yox. Bu onların işidir. Səbəblər var, daha düşünməyə ehtiyac yoxdur. Məni təbrik etmək üçün zəng etmədilər”.

Daha əvvəl “Real” “Qızıl top” mükafatının qalibinin klubunun oyunçusu Vinisus Junior olmadığını öyrəndikdən sonra “Qızıl top” mərasimini boykot etmişdi.