Robin van Persi baş məşqçi oldu

Niderland millisinin sabiq futbolçusu Robin van Persinin yeni iş yeri məlum olub.

Futbolpress.az xəbər verir ki, mütəxəssis ölkəsinin “Herenven” klubuna baş məşqçi təyin olunub. Bu barədə Erediviziya təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Van Persi ilə müqavilənin müddəti iki illikdir.

Keçmiş hücumçu buna qədər “Feyenoord”un aşağı yaş qruplarında çalışıb.

Van Persi futbolçu kimi “Feyenoord”, “Arsenal”, “Mançester Yunayted”, “Fənərbağça” kimi klubların formasını geyinib.