Endryu Robertson, Məhəmməd Salahın masada onun üçün müqavilə təklifinin olmaması ilə bağlı verdiyi açıqlamadan bir gün sonra mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
Futbolpress.az xəbər verir ki, şotlandiyalı futbolçu Salahın peşəkar olduğunu və oyunçu olaraq klubun qərarına qarışa bilməyəcəyini bildirib:
“Düzünü desəm, oyunçu olaraq bizim üçün bu, qarışa biləcəyimiz heç bir şey deyil. Bircə onu deyə bilərəm ki, Salah peşəkardır. İnsafən bu, oxşar mövqelərdə olan Arnold və Virgilə də aiddir. Onların hər biri növbəti oyuna köklənib, onlar bu mövsüm lider olublar. Onları başqa heç nə yayındırmır.”