Robertonun yeni klubu rəsmiləşdi

“Barselona”dan ayrılan Serji Robertonun yeni ünvanı dəqiqləşib.

Futbolpress.az xəbər ki, ispan futbolçu “Komo”ya keçib. Bu barədə İtaliya klubunun mətbuat xidməti məlumat yayıb. Roberto azad agent kimi A Seriyası təmsilçisinə qoşulub.

32 yaşlı oyunçu “Barselona”nın yetirməsi idi. O, 2013-cü ildən əsas komandada forma geyinirdi.

Roberto La Liqada 245 oyunda 12 qol vurub, 34 məhsuldar ötürmə edib. O, “Barselona” ilə 2 dəfə Çempionlar Liqasını qazanıb.