Roberto qərarını verdi

İspaniyalı yarımmüdafiəçi Serxi Roberto “Barselona”dan ayrılmağa qərar verib.

Futbolpress.az xəbər verir ki, bu barədə “Mundo Deportivo” nəşri məlumat yayıb. Serxinin klubla sözləşməsi 1 iyulda başa çatıb və bir müddətdir, davam edən danışıqlarda ortaq məxrəcə gəlinməyib.

İspaniyanın “Sevilya”, “Valensiya”, “Jirona” və İngiltərə Premyer Liqasından bir neçə klub oyunçunun xidmətində maraqlıdır.

Serxi 2010-cu ildən “Barselona”da çıxış edirdi.