“Sumqayıt”ın futbolçusu Cordan Rezabalanın “FutbolPress“ə müsahibəsi
– Son turdakı “Sabah”a məğlubiyyəti (1:3) şərh edərdiniz…
– Komandada yorğunluq var idi. Tez-tez qayda pozuntuları olurdu və temp düşürdü. Oyun artıq geridə qaldı və qarşıdakı matçlara köklənməliyik.
– Konfrans Liqasında “Fehervar”a məğlubiyyətdən sonra komanda sanki özünə gələ bilmir…
– Ardıcıl oyunlar keçirdik və yüklənmə oldu. Eyni zamanda heyətdə yeni oyunçularımız var. İnanıram ki, daha güclənəcəyik və inkişaf edəcəyik.
– Növbəti rəqibiniz “Araz-Naxçıvan” olacaq. Gözləntilərin nədir oyundan?
– Asan oyun olmayacaq. Evimizdəyik və gücümüzü göstərməliyik. Azarkeşlərimizin önündə qələbə qazanmaq istəyirik.
– Ötən ilə nisbətən bu mövsüm sanki faha fəallaşmısan. Bunu nə ilə əlaqələndirirsən?
– Vaxt keçdikcə çempionata və komandaya uyğunlaşdım. İndi özümü daha yaxşı hiss edirəm. Futboldur və qarşıda vaxt var. Sübut edəcəyik hələ çox şey var.
– Azərbaycan Premyer Liqası ilə bağlı düşüncələrin nədir?
– Çempionatda rəqabət var və hər oyun çətindir. Heç bir matç rahat keçmir. Bütün komandalar yuxarı sıralar üçün oynamaq istəyir və bu da oyunların gərginliyini artırır.
– “Sumqayıt”ın hədəfi nədir?
– Məqsəd yenidən avrokuboklara vəsiqə qazanmaqdır. Oyunçu kimi bunun üçün əlimdən gələni etməyə çalışacam.
Şahin Cəfərov