İkisi irəli, ikisi geri – klubların yeni reytinqi

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni dünya reytinqini açıqlayıb.

Futbolpress.az xəbər verir ki, Premyer Liqanın qalibi “Qarabağ” əvvəlki siyahı ilə müqayisədə beş pillə geriləyib. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv 53-cü pillədə qərarlaşıb.

APL-in gümüş medalçısı “Zirə” 15 pillə irəliləyib və 369-cü sırada qərarlaşıb. “Sabah” da mövqeyini müsbətə doğru dəyişib. “Futuristlər” 17 sıra irəliləyib və hazırda 388-ci pillədədir.

Uğursuz mövsüm keçirən “Neftçi” isə 5 pillə geriləyərək 603-cü sırada yer tutub.

Reytinq cədvəlində 401 xalla “Mançester Siti” başçılıq edir.