Reytinq: “Qarabağ” Azərbaycanın xal ehtiyatını artırdı

“Qarabağ”ın Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyununda “Ludoqorets”i (Bolqarıstan) məğlub etməsi Azərbaycanın UEFA reytinqində xallarını artırıb.

Futbolpress.az xəbər verir ki, “atlılar”ın 7:2 hesablı qələbəsi sayəsində ölkənin aktivinə 0,250 xal yazılıb. Azərbaycan reytinqdə 18,750 xalla 25-ci sırada qərarlaşıb.

Eyni xalı olan İsveç isə 24-cü sıradadır.

Siyahıya 89, 160 xalla İngiltərə başçılıq edir.