Reytinq: milli bir pillə irəlilədi

Qadın futbolçulardan ibarət Azərbaycan millisi FIFA reytinqində bir pillə irəliləyib.

Futbolpress.az xəbər verir ki, Siyasət Əsgərovun rəhbərlik etdiyi kollektiv 1321,84 xalla 75-ci sırada qərarlaşıb.

Yığma Avropa çempionatının seçmə mərhələsində Türkiyəyə bir oyunda uduzub, bir oyunda qalib gəlib.

Reytinq cədvəlinə İspaniya yığması başçılıq edir – 2099,89 xal.