Reytinq: Azərbaycan millisi gerilədi

FIFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.

Futbolpress.az xəbər verir ki, sentyabr ayının reytinqinə əsasən, Azərbaycan milli komandası 1173,15 xalla 113-cü pillədə qərarlaşıb.

Azərbaycan yığması ötən cədvəllə müqayisədə iki pillə geriləyib. Komanda bu ay UEFA Millətlər Liqasında İsveçə 1:3, Slovakiyaya isə 0:2 hesabıyla uduzub.

Reytinq cədvəlinə 1889,02 xalla Argentina başçılıq edir.