Markus Reşford hələ də “Mançester Yunayted”in heyətindəki yerini bərpa edəcəyinə ümid edir.
Futbolpress.az xəbər verir ki, ingiltərəli futbolçu dekabrın 12-dən bəri “qırmızı şeytanlar”ın heyətində matça çıxmayıb. Amma indi, BBC-nin məlumatına görə, oyunçuya yaxın mənbələr Reşfordun Mançester klubunda oynamaq istədiyini və komandanın çalışdırıcısı Ruben Amorimlə heç bir ciddi probleminin olmadığını, dəvət olunarsa, oynayacağını bildiriblər.
Qeyd edək ki, hazırda 27 yaşlı oyunçunun adı müxtəlif klublarla, o cümlədən “Barselona”, ”Milan” və Dortmund “Borussiya”sı ilə əlaqələndirilir.