“Mançester Yunayted”in hücumçusu Markus Reşford karyerasını İtaliyada davam etdirə bilər.
Futbolpress.az xəbər verir ki, son bir neçə gündə “Milan” forvardın transferi ilə bağlı “qırmızı şeytanlar”la danışıqlar aparır. Mançester klubu futbolçusundan tez bir zamanda xilas olmaq istəyir.
27 yaşlı futbolçunun mançesterlilərlə sözləşməsi 2028-ci ilin yayına kimidir.