“Mançester Yunayted”dən ayrılacağı ilə bağlı xəbərlər dolaşan Reşford açıqlama verib.
Futbolpress.az xəbər verir ki, ingilis hücumçu sosial şəbəkə vasitəsilə məlumatları təkzib edib:
“Son həftələrdə çoxlu şayiələr yayıldı, amma uşaqlar, bunlar gülüncdür. Hansısa agentliklə görüşməmişəm və belə planım da yoxdur”.
Daha əvvəl Reşfordun yeni agentliklə razılaşdığı və qısa zamanda “Mançester Yunayted”dən ayrılmaq istədiyi bildirilib.