Reşford mübarizəsinə onlar da qoşuldu

İtaliyanın daha bir klubu “Mançester Yunayted”in futbolçusu Markus Reşfordla maraqlanır.

Futbolpress.az xəbər verir ki, “Komo” ingilis hücumçunu transfer etmək istəyir. Bu barədə Canluka Di Marzio məlumat yayıb.

Daha əvvəl “Mançester Yunayted”ə çıxış edən, hazırda “Komo”da məsləhətçi olan Rafael Varan sabiq komanda yoldaşını razı salmaq üçün çalışacaq.

Bundan öncə “Milan”ın Reşfordu icarəyə götürmək istədiyi bildirilib.