“Mançester Yunayted”in oyunçusu Markus Reşford hazırkı klubunda qalmaq fikrində deyil.
Futbolpress.az xəbər verir ki, ingiltərəli hücumçu qardaşı Dueyn Meynarddan ona yeni komanda tapmaqda kömək etməsini istəyib və futbolçu “Stellar” idman agentliyinin xidmətinə müraciət edib.
“Qırmızı şeytanlar”ın sahibləri futbolçunu satmağa açıqdırlar. Çünki onlar, yeni transferlər üçün istifadə edə biləcəkləri qazanc əldə etməyə ümid edirlər.
Qeyd edək ki, 27 yaşlı Reşfordun Mançester təmsilçisiylə müqaviləsi 2028-ci ilə qədərdir.