Reşford gözləməli olacaq

“Barselona” Markus Reşfordun transferini həll etmək üçün futbolçudan gözləməyi xahiş edilib.

Futbolpress.az xəbər verir ki, klub artıq onun meneceri ilə danışıb. İngiltərəli hücumçunun ilk seçimi “Barselona”dır, lakin o, vəziyyətin çətinliyini də başa düşür. “Katalanlar”ın cari maaş büdcəsi indiki durumda bu transfer üçün əlverişli deyil.

“Mançester Yunayted”in çalışdırıcısı Ruben Amorim futbolçunun tənbəl olduğunu dedikdən sonra Reşford komandadan uzaqlaşdırılıb.