“Mançester Yunayted”in hücumçusu Markus Reşford karyerasını “Fənərbağça”da davam etdirə bilər.
Futbolpress.az xəbər verir ki, Türkiyə təmsilçisinin çalışdırıcısı Joze Mourinyo futbolçunun “qırmızı şeytanlar”ın düşərgəsindəki vəziyyətini yaxından izləyir. Klubun hələ də Reşfordun agentləri ilə heç bir danışıqlara getmədiyi dəqiqləşib
Xatırladaq ki, Reşford “Mançester Yunayted” in baş məşqçisi Ruben Amorimin qərarı ilə son bir neçə oyununu buraxıb.