“Mançester Yunayted”in hücumçusu Markus Reşfordun “Aston Villa”ya transferi ilə bağlı danışıqlar son mərhələyə çatıb.
Futbolpress.az xəbər verir ki, icarə əsasında iyun ayına qədər futbolçunun maaşını “Aston Villa” ödəyəcək. Hazırda satınalma variantı ilə bağlı müzakirələr davam edir.
27 yaşlı ingiltərəli forvarf “Aston Villa”nın baş məşqçisi Unay Emeri ilə görüşdüyünü və klubun onu transfer etmək istədiyindən xəbərdar olduğunu bildirib.