“Mançester Yunayted”in futbolçusu Markus Reşford Səudiyyə Ərəbistanı klublarından təklif alıb.
Futbolpress.az xəbər verir ki, bu barədə “Daily Mail” nəşri məlumat yayıb. 27 yaşlı hücumçu təklifləri rədd edib.
Daha əvvəl Reşfordun “Mançester Yunayted”dən ayrılmaq istədiyi bildirilib. O, bu mövsüm Premyer Liqada 15 oyunda 4 qol vurub.