Seko Fofana 2029-cu ilə qədər “Renn”lə rəsmi müqavilə imzalayıb.
Futbolpress.az xəbər verir ki, Fil Dişi Sahilinin futbolçusu 20 milyon avro qarşılığında “Əl-Nəsr”dən Fransa təmsilçisinə transfer olunub.
Fofana son bir yarım mövsümü icarə əsasında Stiven Cerrardın “Əl-İttifaq” komandasında keçirib və yarımmüdafiəçi kimi 30-dan çox matçda forma geyinib və bir çox qollara imza atıb.
Fofana əvvəllər “Lens” (2020-2023) və “Udineze”də (2016-2020) çıxış edib. O, həm də “Mançester Siti”nin formasını geyinib.