Renduliçdən qələbə şərhi

“Sabah”ın baş məşqçisi Krunoslav Renduliç Konfrans Liqasının II təsnifat mərhələsində “Makkabi”ni (Hayfa, İsrail) məğlub etdikləri oyundan (3:0) sonra fikirlərini bölüşüb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis matçla bağlı bunları deyib:

“Futbolçularımı təbrik etmək istəyirəm. Bu gün əla oynadılar. “Makkabi” böyük komandadır və ağır oyun olacağını bilirdik. Qarşıda daha 90 dəqiqə var. Bütün diqqətimiz oyunda olmalıdır. Növbəti mərhələyə keçmək üçün çalışacağıq. Görək, nə baş verir. Hələ də deyirəm, “Makkabi” güclü komandadır və cütün taleyi ikinci oyunda həll olunacaq”.