Renduliç: “Yaxşı nəticələr istəyirsənsə, bu qədər qollar buraxmamalısan”

Azərbaycan Premyer Liqasının VIII turunun “Qarabağ” – “Sabah” oyunundan (3:2) sonra qonaq komandanın baş məşqçisi Krunoslav Renduliç jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb…

– “Qarabağ”ı təbrik etmək isstəyirəm. Onlar bu gün qələbəyə layiq idilər. Təəssüf ki, ilk 10 dəqiqə oyuna köklənə bilmədik və iki qol buraxdıq. Bundan sonra artıq hesabı bərabərləşdirmək çətin oldu. Fasiləyə yaxın daha bir qol vurduq. Əfsuslar olsun ki, sonlara yaxın iki qol şansını da boşa verdik. Uşaqları təbrik edirəm, çünki 0:2-dən sonra geridönüş etmək çətindir. Çox yaxşı oynadılar, mübarizə apardılar, çalışdılar ki, hesabı bərabərləşdirək. Əfsuslar olsun ki, buna nail ola bilmədik.

– Futbolçular təbrikə layiqdirsə, nə üçün oyunun əvvəlində elə səhvlər edirdilər?
– İlk 10 dəqiqə mənim məsuliyyətimdir. Çünki əsas heyəti mən seçirəm. Qərar verirəm ki, kimlər oynasın.

– Boyan Letiç məhsuldar ötürmə sayında liderdir. Ancaq gəlin razılaşaq ki, müdafiəçinin işi tam bu deyil. Yarımmüdafiədə onun kimi məhsuldar oyunçu yoxdur?
– Nəyə görə belə fikrə gəldiyinizi başa düşmürəm. Mən qərar verirəm ki, standart vəziyyətləri kim yerinə yetirsin. Hərənin bir məsuliyyəti var. Şadam ki, Letiç assist sayında liderdir. Onun keyfiyyəti var və bunu davam etdirməlidir.

– Çempionatda ən çox qol buraxan komandalardansınız. Son oyunlarda da qapıda Nicat Mehbalıyevin olması nə ilə bağlıdır?
– Elə məşqçi deyiləm ki, hər oyunçunu tez-tez dəyişib. Bu, o demək deyil ki, Yusif pis çıxış edirdi. Nicat çox çalışır. Sadəcə dəyişiklik o deyil. Son oyunlarda Sofian Çaklanın da əvəzinə İqor Neqreyronu oynadıram. Çox qollar buraxırıq, bunu düzəltmək istəyirik.

– Avrokuboklarda da çox qollar buraxırdınız. Bu problemi həll edə bilmirsinizmi?
– Yaxşı nəticələr istəyirsənsə, bu qədər qollar buraxmamalısan. Müdafiədə kifayət qədər yaxşı oynamasaq da, hücumda effektivik.

Şahin Cəfərov