Renduliç: “Şansımız var”

“Sabah”ın baş məşqçisi Krunoslav Renduliç sabah Konfrans Liqasının II təsnifat mərhələsində “Makkabi”yə qarşı keçirəcəkləri oyundan əvvəl fikirlərini bölüşüb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis görüşlə bağlı bunları deyib:

“Nəhayət, yenidən oyunlara başladığımız üçün xoşbəxtik. Oyunlara başlamağın verdiyi xoşbəxtlikdən əlavə, avrokuboklarda çıxış edəcəyimizə görə də sevincliyəm. Düşünürəm ki, son mövsümdə çox yaxşı çıxış etdik və mövsümü yaxşı nəticə ilə başa vurduq.

Sabah bizi vacib oyun gözləyir. Biz tarixi titullarla zəngin olan kluba qarşı oynayacağıq. Son mövsümdə onlar avrokuboklarda yaxşı çıxış ediblər və bu oyunun favoritidilər. Amma bizim şansımız var. Biz əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq. Düşünürəm ki, bu iki oyunun nəticəsinə əsasən biz mərhələni keçə bilərik”.