Renduliç: “Nəticə bizim üçün yaxşıdır”

“Sabah”ın baş məşqçisi Krunoslav Renduliç Konfrans Liqasının III təsnifat mərhələsində “Sent Patriks”ə məğlub olduqları görüşdən sonra fikirlərini bölüşüb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis 0:1 hesabıyla bitən görüşlə bağlı bunları deyib:

“Rəqibi təbrik edirəm. Onlar qələbəyə layiq idilər. Oyunun əvvəlində topa nəzarət bizdə idi. Daha sonra səhvlər etdik və düzgün qərarlar verə bilmədik. Fasilədən sonra isə azlıqda qaldıq. Nəticə bizim üçün yaxşıdır. Sadəcə ilk 90 dəqiqəni 0:1 hesabıyla uduzduq. Hələ heç nə həll olunmayıb”.

Komandalar arasındakı cavab görüşü avqustun 15-də Bakıda olacaq.