Renduliç istəmədi – “Sabah” onunla yollarını ayıracaq

“Sabah” hücumçu Davit Volkovla yollarını ayıracaq.

FutbolPress“in əldə etdiyi məlumata görə, baş məşqçi Krunoslav Renduliç gürcüstanlı forvardın çıxışından narazıdır. Volkovun sözləşməsi iyunun sonunda bitir və onunla yola davam edilməyəcək.

Volkov 2022-ci ilin yayından “Sabah”ın formasını geyinir. O, “bayquşlar”la 71 oyunda 19 qol vurub, 7 məhsuldar ötürmə edib.