“Sabah”ın baş məşqçisi Krunoslav Renduliç Konfrans Liqasının III təsnifat mərhələsində sabah “Sent Patriks”ə (İrlandiya) qarşı keçirəcəkləri oyunla bağlı fikirlərini bölüşüb.
Futbolpress.az xəbər verir ki, mütəxəssis yaxşı nəticə üçün əllərindən gələni edəcəklərini deyib:
“Qarşıda ağır oyun var. Rəqibin müəyyən üstünlüyü var. Çempionatda 26 oyun keçiriblər və fiziki cəhətdən bir az daha üstündürlər. Bizi ağır oyun gözləyir. İnanırıq ki, bu sınaqdan qalib ayrılacağıq”.
Sabah keçiriləcək “Sent Patriks” – “Sabah” oyunu saat 22:45-də başlayacaq.