Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun yeni klubu müəyyənləşib.
Futbolpress.az xəbər verir ki, forvard “Radomiak”a keçib. Bu barədə Polşa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 25 yaşlı hücumçu ilə sözləşmə 6+1 il şərti ilə imzalanıb.
Renatın son ünvanı “Ankaragücü” olub.
“Radomiak”da Azərbaycan millisinin digər üzvü Rahil Məmmədov forma geyinir.
Komanda Polşa Estraklasasında 22 turdan sonra 24 xalla 13-cü sıradadır.