Türkiyə 1-ci liqasında XVIII turun oyunları keçirilir.
Futbolpress.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Renat Dadaşovun da fomasını geyindiyi “Ankaragücü” bu dəfə evdə “Keçiörengücü” ilə qarşılaşıb. Matç meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Renaldo Cefas dubl edib (39-cu, 55-ci dəqiqələrdə).
Renat da bu oyunda iştirak edib. 25 yaşlı hücumçu meydana 67-ci dəqiqədə Riad Bayiçin əvəzinə daxil olub.
Qeyd edək ki, “Ankaragücü” hazırda turnir cədvəlində 27 xalla 5-ci, eyni xala malik “Keçiörengücü” isə 6-cıdır.