Renatı çox yormadılar

Azərbaycan millisinin futbolçusu Renat Dadaşovun formasını geyindiyi “Ankaragücü” Türkiyə Kubokunda növbəti oyuna çıxıb.

Futbolpress.az xəbər verir ki, sözügedən komanda V turda “Menemenspor”la qarşılaşıb. 5 qolun vurulduğu oyun “Ankaragücü”nün qələbəsiylə başa çatıb – 3:2.

Renat bu görüşdə 90+2-ci dəqiqədə meydana daxil olub.

“Ankaragücü”nün növbəti rəqibi hələ məlum deyil.