Renat üçün 45 dəqiqə

Azərbaycan millisinin futbolçusu Renat Dadaşovun formasını geyindiyi “Ankaragücü” Türkiyə I Liqasında növbəti oyuna çıxıb.

Futbolpress.az xəbər verir ki, sözügedən komanda azarkeşləri önündə “Ümraniyespor”la qarşılaşıb. Matç qonaqların qələbəsiylə başa çatıb – 1:0.

Renat bu görüşdə start heyətdə meydana çıxıb və 46-cı dəqiqədə əvəzlənib.

“Ankaragücü” 3 turdan sonra 3 xalla 10-cu sıradadır.