Renat milli üzvünün yanına gedir

Azərbaycan millisinin hücumçusu Renat Dadaşov karyerasını Polşada davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, forvard “Radomiak”la danışıqlar aparır. Bu barədə Polşa mətbuatı məlumat yayıb. Renat keçidin tamamlanması üçün bu ölkəyə yollanıb.

Dadaşov hazırda azad agentdir. O, bir neçə gün əvvəl “Ankaragücü” ilə müqaviləni ləğv edib.

“Radomiak”da Azərbaycan yığmasının digər üzvü Rahil Məmmədov çıxış edir.