Azərbaycanlı futbolçuların çıxış etdiyi komanda heç-heçə etdi

Bu gün Türkiyə Kubokunda I turun oyunları keçirilib.

Futbolpress.az xəbər verir ki, turun ilk matçında Azərbaycan millisinin futbolçusu Renat Dadaşovun və U-19 yığma komandanın üzvü Həsən Nəzərovun şərəfini qoruduğu “Ankaragücü” doğma meydanda “İskenderunspor”la qarşılaşıb. Hər iki yerli futbolçu görüşün start heyətindən sona qədər meydanda olub.

Türkiyə Kuboku

I Tur

7 yanvar

Ankaragücü – İskenderunspor 1:1

Qollar: K.Varqa, 45 – M.Beşir, 79