Milli komandamızın üzvü Renat Dadaşovun yeni klubu müəyyənləşib.
Futbolpress.az xəbər verir ki, 25 yaşlı hücumçu Türkiyənin 1-ci liqasında çıxış edən “Ankaragücü” klubu ilə razılıq əldə edib. Onunla 2 illik müqavilə imzalanıb. Dadaşov ötən mövsümü icarə əsasında Türkiyənin əsas liqasında mübarizə aparan “Hatayspor”da keçirib. O, burada meydanda olduğu 33 oyunda 6 qolla yadda qalıb.