“Mançester Siti”nin futbolçusu Cek Qriliş karyerasını İtaliyada davam etdirə bilər.
Futbolpress.az xəbər verir ki, “Milan” ingilis cinah oyunçusunun xidmətində maraqlıdır. Bu barədə “Mirror” nəşri məlumat yayıb.
İtaliya klubu yayda Qriliş üçün “Mançester Siti”yə 40 milyon avro təklif etməyi düşünür. “Şəhərlilər”in baş məşqçisi Xosep Qvardiola oyunçunun performansından məmnun deyil və onun satılmasına qarşı çıxmayacaq.
Qriliş 2021-ci ildə 117,5 milyon avro qarşılığında “Mançester Siti”yə keçib. O, klub tarixinin ən bahalı transferidir.
Futbolçu bu mövsüm 26 oyunda 2 qol vurub, 5 məhsuldar ötürmə edib.