Regionlar Liqasının qalibi müəyyənləşdi

Azərbaycan Regionlar Liqasında mövsümə yekun vurulub.

Futbolpress.az xəbər verir ki, final görüşündə “Şimal” və “Hypers” kollektivləri qarşılaşıb.

Oyunun əsas və əlavə vaxtı heç-heçə başa çatıb – 1:1.

Penaltilər seriyasında isə “Şimal” (1:3) daha güclü olub.

Bu nəticənin ardından qalib komanda yeni mövsümdən etibarən Azərbaycan II Liqasında oynamaq hüququ əldə edib. Məğlub olan filan “Hypers” futbolçuları isə II Liqanı onüçüncü sırada tamamlayan “Şəfa” ilə pley-off matçına çıxacaq.