Regionlar Kuboku: Azərbaycan təmsilçisi böyük hesabla uduzdu

Azərbaycan təmsilçisi “Şimal” UEFA Regionlar Kubokunda ilk oyuna çıxıb.

Futbolpress.az xəbər verir ki, sözügedən komanda Gürcüstanın “Bridge” klubu ilə üz-üzə gəlib. Matç “Şimal”ın məğlubiyyəti ilə başa çatıb – 0:5.

Azərbaycan təmsilçisi qrupda ikinci matçını iyulun 1-də, Bakı vaxtı ilə saat 19:00-da İsveçin “Qothenburq” kollektivinə qarşı keçirəcək.